Hərbi polislərimiz “silahlıları” zərərsizləşdirdi
Video
27.05.2024 11:18
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi
Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib. Ölkəmizdə
səfərdə olan Gürcüstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis
Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə
heyəti döyüş hazırlığı məşqlərini izləyib.
Əvvəlcə
hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tədris dövrü ərzində,
xüsusilə azad edilmiş ərazilərdə, hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin
daha keyfiyyətli təşkili və sayıqlığın artırılması, həmçinin müvafiq dövlət
qurumları ilə qarşılıqlı fəaliyyətin təşkilinə dair tələb və göstərişləri
çatdırılıb.
Döyüş hazırlığı məşqlərinə cəlb edilən hərbi
polis bölmələri nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, hərbi
obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi,
kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi barədə təlimatlandırılıb.
Sonra həyəcan siqnalı ilə qaldırılan şəxsi heyət kolonla təyin edilmiş məntəqələrə
doğru hərəkət edib.
Təlimin planına əsasən, terrorçuların zərərsizləşdirilməsi
və əsir götürülmüş mülki vətəndaşların azad edilməsi, yaralılara ilkin tibbi
yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla yerinə
yetirilib.
Təlim zamanı əsas diqqət döyüş əməliyyatları
gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, əsir və
girovların azad edilməsi, həmçinin hərbi əsirlərlə davranış qaydaları zamanı
Cenevrə Konvensiyalarının digər tələblərinə uyğun fəaliyyətlərin təkmilləşdirilməsinə
yönəldilib. Sonda döyüş hazırlığı məşqlərində fərqlənən bir qrup hərbi qulluqçu
mükafatlandırılıb.