Hər şeyi vətəndaşların üstünə atmaq olmaz - Tüstü bacaları niyə təmizlənmir?

Video

26.10.2024 14:14

Tovuz rayonunun Əsrik Cırdaxan kəndinə iki qardaş Rafiq və Ramiz Bayramovlar dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

Məsələn dəm qazı təhlükəsini yenidən gündəmə gətirib.  

TodayPress-ə açıqlama verən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, əksər vətəndaşlar evini qızdırmaq üçün dəmir borulardan düzəldilmiş təhlükəli su qızdırıcılarından istfadə edir. Ona görə fəsil dəyişəndə qazdan istifadəyə nəzarət gücləndirilməlidir: 

“Qışda havalar soyuyur, qaz cisimləri öz ölçülərini dəyişərək yığışır, yayda isə genişlənir. Bu da nəticədə qaz sızması əmələ gətirir. Bu səbəbdən, ildə heç olmasa iki dəfə qaz şəbəkələri yoxlanılmalıdır. İki milyon yarımdan çox əhalinin evinə minadan təhlükəli metan qazını təchiz edirlər, amma onun necə istifadə olunduğu, bu zaman hansı qaydalara riayət olunduğu ilə heç kim maraqlanmır”.

Ekspert qeyd edib ki, qaz təhlükəsi ilə bağlı əsas problemlərdən biri də tüstü bacaları ilə bağlıdır. Onun sözlərinə görə, Bakıda 40 ildir ki, tüstü bacaları təmizlənmir: 

“Ata-babalarımız həmişə qış aylarında odun peçlərini quraşdıranda onun borularını çıxarıb təmizləyirdilər. Sovet dövründə 4 ildə bir dəfə su qızdırıcılarının sobalarını, o biri qızdırıcıları isə 6 aydan bir təmizləyirdilər. İndi nə Fövqəladə Hallar Nazirliyi, nə də qaz təchizatçıları bu işlə məşğul olur. Hər şeyi vətəndaşların üstünə atmaq olmaz. Əhali dama çıxıb tüstü bacılarını təmizləsin? Axı bu işi mütəxəssislər görməlidir. Bunu əvvəllər “JEK”lər pulsuz edirdi. İndi isə onların yerlərini Mənzil İstismar Sahələri (MİS) tutub. Onlar da gəlib baxmırlar. Bir dənə "Təmiz Qaz" QSC  var. O da tüstü bacasını dəyişməyə görə hər sakindən 20 manat istəyir. Bu kasıblar soyuq havada pulunu dərmana versin yoxsa, tüstü bacasını təmizlətdirsin?! Belə yanaşma düzgün deyil. Əhaliyə qazın təhlükəsizliyinin təmin olunmasında kömək etmək lazımdır”.

Ekspert hesab edir ki, əhalini qaz təhlükəsi barədə maarifləndirmək lazımdır. 

Günəş Mərd

tag: Dəm Qazı, Boğulma, İnsanlar,Baca, todaypress.az