HƏMAS və FƏTH Qəzzanın idarə olunması ilə bağlı ilkin razılığa gəldi

Video

04.12.2024 18:23

İordan çayının qərb sahilini idarə edən Fələstinin FƏTH və Qəzzada yerləşən HƏMAS nümayəndələri münaqişə bitdikdən sonra anklavı birgə idarə etmək, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək fələstinlilərə humanitar yardım göstərəcək komitənin yaradılması ilə bağlı ilkin razılığa gəliblər. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb. 

Komitə iqtisadiyyat, təhsil, səhiyyə, humanitar yardım və Qəzza zolağının yenidən qurulması sahəsində məsələlərə cavabdeh olan 10-15 nəfərdən (Fələstin fraksiyaları ilə əlaqəsi olmayan) ibarət olacaq. Qurum əksəriyyəti FƏTH üzvləri olan Fələstin Muxtariyyətinə tabe olacaq. Komitə Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini də idarə edəcək.

HƏMAS sözçüsü AP-yə bildirib ki, tərəflər ümumi şərtlərlə bağlı razılığa gəliblər, lakin komitədə kimin oturacağı da daxil olmaqla bəzi detalların razılaşdırılmasına ehtiyac var. Razılaşma Fələstin prezidenti Mahmud Abbas tərəfindən təsdiqlənməlidir. 

İsrail hərbi əməliyyatlar başa çatdıqdan sonra HƏMAS-ın Qəzza zolağına nəzarətə qayıtmasına qarşıdır. 

tag: Qəzza,Həmas,Fəth,AP,todaypress.az