HƏMAS - ın rəhbəri öldürüldü
Video
31.07.2024 11:35
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
TodayPress xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.
"Bu səhər HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahı vuruldu. Nəticədə o, və mühafizəçilərindən biri kəlak oldu".
HƏMAS da Haniyənin ölümünü təsdiqləyərək İsrailin hücumunu dəhşətli adlandırıb.
Qeyd olunur ki, iyulun 30-da İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib. O, İranın ali dini lideri ilə də görüşüb.
Töhfə Səməd