HƏLLEDİCİ MƏQAM: Zelenskinin “Qələbə Planı” yoxsa Kremlin “Sülh saizişi”?
Video
30.09.2024 10:21
“Ukrayna Rusiya ilə iki il yarım davam edən münaqişədən sonra öz imkanlarının demək olar ki, hamısını istifadə edib. Buna görə də Kiyevin güzəştə getməsi ilə bağlı xarici təzyiqlər güclənir”.
TodayPress xəbər verir ki, bu fikir İspaniyanın “El Pais” qəzetində dərc olunan məqalədə yer alıb.
Nəşr iddia edib ki, Ukrayna vətəndaşlarının əhval-ruhiyyəsi aşağı düşməyə başlayıb:
“Münaqişə ABŞ-də prezident seçkilərinə beş həftə qalmış həlledici məqama çatır. Buna görə də, silah təchizatı, maliyyə yardımı və diplomatik dəstəyin gələcəyi təhlükə altındadır”.
Qəzetin məlumatına görə, Zelenski bilir ki, istənilən sülh danışıqlarında hər iki tərəf güzəştə getməli olacaq.
Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Zelenski ilə görüşdə Kiyevin təklif etdiyi “qələbə planı”nın diplomatik, iqtisadi və hərbi komponentlərini müzakirə edib. Ukrayna prezidenti bildirib ki, onun münaqişəyə son qoymaq üçün müəyyən planı var. O, təfərrüatları Baydenlə müzakirə etmək niyyətindədir, çünki bu planda Vaşinqtonun qərarından asılı olan məqamlar var.
Rusiya isə Çin və Braziliyanın təklif etdiyi sülh planını dəstəkləyib. Ukrayna isə öz növbəsində bu planı qeyri-real hesab edib və sülh formuluna uyğun gəlmədiyini deyib
Töhfə Səməd