Həccə getmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başa çatır

Video

08.03.2025 15:13

"Həcc ziyarəti üçün ayrılan kvotanın 75 faizi artıq dolub".   

Bunu TodayPress-in sorğusuna cavabında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.   

O diqqətə çatdırıb ki, qeydiyyatdan keçmək üçün tələsmək lazımdır:  "İnsanlar elə bilir ki, nə vaxt istəsələr, gətirib sənəd təqdim edə bilərlər. Biz gəlməyənlərə görə hesablama aparıb kvotanı azaldırıq. Qeydiyyat bağlandıqdan sonra neçə nəfər gəlib müraciət edir. O zaman da Həccə gedə bilmələri mümkün olmur və növbəti ilə qalırlar. Bəzi vətəndaşlarımız arxayın olub son anda müraciət edirlər və yerlər dolmuş olur".   

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəllərində başa çatacaq.   

Türkan İsgəndərli

tag: Həcc,Ziyarət,Qeydiyyat,Son,Todaypress.az