Hamilə qadın və bətnindənki uşaq doğuş zamanı öldü

Video

27.02.2025 16:09

Göygöldə qadın xəstəxanada ölüb. 

TodayPress xəbər verir ki, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəbrayılova Nuranə Əlibaba qızı 9 aylıq hamiləliklə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin qadın və onun bətnindəki qız bir neçə dəqiqdən sonra xəstəxanada ölüb. 

Yaxınlarının verdiyi məlumata görə N.Cəbrayılova hamiləlik dövründə daim mərkəzi xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb. Faktla bağlı araşdrıma aparılır. 

Qeyd edək ki, dünyasını dəyişən N. Cəbrayılova əslən Kəlbəcər rayon sakinidir. (APA) 

tag: Göygöl,Hadisə ,Ölüm,Ana,Hamilə,Todaypress.az