Hacı Əliyev: “Hədəfim Olimpiya çempionu olmaqdır”

Video

09.07.2024 16:18

“Hazırda təlimlər davam edir. Yorulsaq da, gərgin məşqlər keçsə də, özümüzü çox yaxşı hiss edirik”.

Bunu TodayPress-ə sərbəst güləş üzrə 3 qat Dünya və 4 qat Avropa çempionu Hacı Əliyev deyib:

“Çəkdiyimiz bu əziyyətin bəhrəsini olimpiya oyunlarında hiss edəcəyik. İnanıram ki, Paris Olimpiadasında güləşçilərimiz hər zaman olduğu kimi yaxşı nəticələr qazanacaqlar. Mənim hədəfim olimpiya çempionu olmaqdır”.

Qeyd edək ki, Hacı Əliyev 3-cü dəfə Olimpiadada iştirak edəcək. Sərbəst güləş üzrə milli komandanın lideri Rio-2016-da bürünc, Tokio-2020-də isə gümüş medal qazanıb.

XXXIII Yay Olimpiya Oyunlarında güləş yarışları avqustun 5-dən 11-dək keçiriləcək. 

Namiq HUN

tag: Hacı Əliyev, Azərbaycan, Olimpiya Çempionu, Güləş, todaypress.az