Güneydə etiraz dalğası: Tehran və Qum baş verənlərdən nəticə çıxaracaq? - ŞƏRH

Video

28.03.2025 12:14

“Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin siyasətinə qarşı zaman-zaman etirazlar baş verir, insanlar küçələrə axışır, şüarlar səsləndirirlər. Bir müddət sonra isə bu şəhərlərdə nisbi sakitlik bərqərar olur və rejimə elə gəlir ki, növbəti təhlükə də sovuşub”. 

TodayPress xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.   

O, rejim üçün təhlükənin hələ sovuşmadığını diqqətə çatdırıb. 

"Tehran və Qum baş verənlərdən nəticə çıxarmırlar, əksinə repressiyaları gücləndirməyə çalışır, həbslərin sayını artırırlar.  İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki, Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var. Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq bu ehtimallarının yanlış çıxacağını düşünə bilmirlər.   İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək” deyə analitik bəyan edib.   

Qiymət Mahir

tag: Güney Azərbaycan,Etiraz,Urmiya,Elxan Şahinoğlu,todaypress.az