Görülən işlər görünməz oldu: Bakını yenə sel aparacaq? - RƏSMİ AÇIQLAMA
Video
07.12.2024 13:11
tez-tez xarici mediadan oxuduğumuz leysan xarakterli yağışlara görə insan ölümü hallar artıq Azərbaycanda da qeydə alınır. Belə ki, bu ilin oktyabrın 21-də axşamdan başlayan leysan yağışları nəticəsində Bakının bir sıra rayonlarında ciddi fəsadlar yaranmışdı. Minik avtomobilləri tamamilə sel suları altında qalmışdı. Tuneldə isə iki nəfər boğularaq ölmüşdü.
Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq yayılıb ki, dekabrın 6-sı axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacaq, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacaq.
Ötən dəfəki halın yaşanıb-yaşanmayacağı ilə bağlı TodayPress Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladı.
Qurumdan bildirildi ki, hazırda bu kimi halların qarşısının alınması məqsədilə bütün lazımi tədbirlər görülür.
Qeyd edək ki, bu tipli tədbirlərin əvvəl də görüldüyü deyilirdi. Lakin nəticəsi heç də yaxşı olmadı - leysan suları iki nəfəri özü ilə apardı.
Töhfə Səməd