"Google"dan Trampa qarşı təxribat

Video

29.07.2024 16:37

Amerikalı sahibkar və multimilyarder İlon Mask “Google”un ABŞ-də prezident seçkilərinə müdaxilə etdiyini bildirib.

TodayPress xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib. 

Mask, "Google"nin axtarış bölməsində “Prezident Donald Tramp” yazdıqda, onun əvəzinə “Prezident Reyqan” və ya çizgi filmindəki “Ördək Donald”ın görüntülərinin çıxdığını iddia edib. Bildirib ki, “Google”un axtarış sistemi, Trampı bloklayıb, ona qarşı anti-kompaniya aparır. 

Daha sonra yenidən paylaşım edən Mask, əgər bu hal davam edərsə, “Google” üçün vəziyyətin heç də yaxşı olmayacağını qeyd edib. 

Töhfə Səməd

tag: Google, Tramp, Prezident, ABŞ, Təxribat, todaypress.az