Germanlar romalılarla dərmanların təsiri altında vuruşublar
Video
09.12.2024 13:52
Polşalı alimlər german tayfalarının döyüşçülərinin savaşlardan əvvəl psixotrop maddələrdən istifadə etdiyinə dair sübutlar aşkar ediblər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, tədqiqatlar e.ə III-V əsrləri əhatə edən Roma İmperiyasına aid arxeoloji tapıntılar üzərində aparılıb.
Mütəxəssislər uzunluğu 4-7 santimetr arasında dəyişən, tutacaqları və diametri 1-2 santimetr olan, çanaqları içəri qatdalanan 241 kiçik qaşıqşəkilli obyekti müəyyən edərək təsnif ediblər. Bu əşyalar vaxtilə kəmərə taxılıb.
Artefaktlar indiki Skandinaviya, Almaniya və Polşada bataqlıqlarda və məzarlıqlarda aşkar edilib.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, bu, döyüş keyfiyyətlərini stimullaşdırmaq üçün nəzərdə tutulan narkotik maddələrin saxlanması üçün istifadə edilən vasitədir.
Elm adamları german xalqlarının xaşxaş, çətənə, henbane, belladonna və müxtəlif göbələklər də daxil olmaqla geniş çeşiddə sərxoşedici maddələrdən istifadə etdiyini müəyyən ediblər. Onları ya toz şəklində, ya da suda, yaxud da spirtdə həll edilmiş halda istehlak ediblər.
Arxeoloqlar belə nəticəyə gəliblər ki, Şimali Avropanın german xalqları tərəfindən psixoaktiv maddələrdən istifadə Roma dövründəki hərbi münaqişələr zamanı, eləcə də mistik rituallar zamanı istifadə olunub.
Günəş Mərd