Gəncədə qanunsuz tikililər bu cür söküldü - ANBAAN VİDEO

Video

22.06.2024 13:49

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən TodayPress-ə verilən xəbərə görə, bu çərçivədə, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

tag: Gəncə, Qanunsuz Tikili, FHN, İcra Hakimiyyəti, Söküntü, todaypress.az