Gənc istedadlara xüsusi təqaüdlər veriləcək - SƏRƏNCAM
Video
03.04.2025 10:09
Gənc istedadlara xüsusi təqaüdlər verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə pul ayrılıb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.