Gecə növbəsində işləmək bir sıra xəstəliklər yarada bilər

Video

01.01.2025 15:09

Almaniyanın Beynəlxalq Nevrologiya İnstitutunun alimləri müəyyən ediblər ki, daimi gecə növbəsində işləmək epilepsiya riskini 29% artırır. 

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Clinical Neuroscience” jurnalında dərc olunub.

Alimlər Böyük Britaniyanın “Biobank” məlumat bazası tərəfindən təqdim edilən 270 mindən çox könüllünün məlumatlarının təhlili nəticəsində bu qənaətə gəliblər.

İnsan beyni ciddi sirkadiyalı ritmlə işləyir və bioloji saatı tənzimləyən hipotalamus normal yuxu və oyaqlıq modellərinin saxlanmasında əsas rol oynayır. 

Bu mexanizmin pozulması neyronların anormal elektrik aktivliyinə səbəb ola bilər ki, bu da öz növbəsində epilepsiya riskini artırır. 

Mütəxəssisləri xüsusilə narahat edən xroniki yuxusuzluq, gündüz yuxululuğu kimi risk faktorlarının birləşməsidir. Bu amillərin hər biri sinir sisteminə mənfi təsirini gücləndirir, epileptik pozğunluqların inkişaf ehtimalını artırır.

tag: Yuxusuzluq ,Ritm ,Bioloji,Gecə ,todaypress.az