Fransada xalq küçələrə axışdı: Polis güc tətbiq etdi

Video

08.07.2024 15:00

Seçkilərin ilkin nəticələri elan edildikdən sonra paytaxt Parisdə və Fransanın digər şəhərlərində iğtişaşlar başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb. 

Xüsusilə, solçu “Yeni Xalq Cəbhəsi” ittifaqının tərəfdarları aksiyasının keçirildiyi meydanda polislə ciddi toqquşma yaşayıblar. Bir qurup etirazçı təhlükəsizlik qüvvələrinə daş və fişənglər atıblar. Nümayişi dağıtmaq üçün polis gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib. Meydanda olan bir çox mağaza və restoranlara ciddi ziyan dəyib. Həbs olunanlar var.

Töhfə Səməd

tag: Fransa, İğtişaşlar,Paris, Yeni Xalq Cəbhəsi, Aksiya, todaypress.az