Fransa Rusiya ilə qarşıdurma üçün qoşun hazırlayır

Video

09.10.2024 12:32

May ayında minlərlə fransız əsgəri NATO tələblərinə cavab vermək qabiliyyətini yoxlamaq üçün 10 gün ərzində Rumıniyada təlimlərdə iştirak edəcək.

TodayPress xəbər verir ki, bu barədə “Politico”nun dərc etdiyi məqalədə qeyd olunub.

Bildirilib ki, Fransa ordusu Rusiya ilə mümkün hərbi qarşıdurmaya fəal şəkildə hazırlaşır, 2025-ci ilin mayında Rumıniyada keçiriləcək NATO-nun “Dacian Spring 2025” adlı irimiqyaslı təlimlərində iştirak edəcək.

Təlimlər Moskva ilə birbaşa hərbi toqquşma zamanı fransız bölmələrinin alyansın şərq cinahında çevik yerləşdirməyə hazırlığının qiymətləndirililməsinə yönələcək.

Məqalədə 2025-ci ilin Fransa silahlı qüvvələri üçün “həlledici sınaq” olacağı qeyd edilib.

Fransa ordusunun Avropa üzrə quru komandanlığının rəhbəri general Bertrand Tujouse jurnalistlərə bildirib ki, təlimlər hərbi əməliyyatların hazırlanmasına yanaşmanın dəyişməsini əks etdirir.

Məqalədə qeyd edilib ki, son bir neçə ildə Fransanın quru qoşunları Ukraynadakı müharibəyə bənzər yüksək intensivlikli münaqişəyə hazır olmaq üçün dərin transformasiyaya başlayıb. Fransa Rusiya təhlükəsi fonunda Avropa İttifaqında Quru Qoşunları Komandanlıq Mərkəzini genişləndirəcək. Bildirilib ki, Ordu Baş Qərargahı Ukraynadakı münaqişə fonunda Avropada münaqişənin artması səbəbindən komandanlığın təşkilini sürətləndirməyə qərar verib.

tag: Fransa ,Rusiya, Qoşun ,NATO ,Avropa, todaypress.az