Formalarını dəyişib döyüşə atıldılar: 2 ölkədən Moskvaya dəstək

Video

31.12.2024 11:47

Şimali Koreya və İran qüvvələrinin Rusiya ordusunun hərbi geyimində NATO ölkələrinin astanasında olmaları real ssenaridir.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib.

Qurum rəhbəri qeyd edib ki, NATO öz sərhədlərində hibrid təhlükələrin yaranması risklərini nəzərə almalıdır.

“Əgər Rusiyanın qarşısı alınmasa, Şimali Koreya və ya İran hərbçilərinin rus formalarında NATO ölkələrinin sərhədlərində olması, tamamilə realdır. Şimali Koreya qoşunları artıq Avropa ərazisində döyüşürlər. Bunu əvvəllər kim düşünə bilərdi?” deyə Yermak əlavə edib.  

Ukrayna rəsmisi qeyd edib ki, bu durumu cəzasızlıq yaradır, indi güclü qərarlar, sərt addımlar tələb edən məqamdır.

Buarada Rusiya qoşunları Donetsk vilayətində Novotroitskoye qəsəbəsini nəzarətə götürüb. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, “Mərkəz” qoşun qruplaşmasının bölmələri fəal hücum əməliyyatları həyata keçirirlər.

tag: Şimali Koreya,İran ,Rusiya,NATO,Andrey Yermak,todaypress.az