FHN əməliyyat keçirib - Qanunsuz hasarlamanın qarşısı alınıb

Video

31.05.2024 16:56

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. TodayPress xəbər verir ki, Sumqayıt şəhərinin 9-cu və 13-cü mikrorayonlarının kəsişməsində fəaliyyət göstərən obyektin qarşısında müvafiq icazəverici sənədləri olmadan qanunsuz hasarlama işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş hasar sökülüb.

tag: FHN ,Sosial ,Əməliyyat ,Sumqayıt,todaypress.az