Ev qiymətinə ada satılır
Video
16.03.2025 16:33
Şotlandiyanın qərb sahilində yerləşən "Eilean Mor" adası mənzil qiymətinə satılır.
TodayPress xəbər verir ki, bu barədə "Daily Record" nəşri məlumat yayıb.
Belə ki, adanın dəyəri 325 min funt sterlinq (təxmini 716 min manat) təyin edilib.
"Eilean Mor" Lok Sunartda yerləşir və 30 hektar ərazini əhatə edən üç çimərliyə malikdir.
Bu yer yaşıl təpələri və büllur təmiz suyu ilə seçilir.
Qeyd olunur ki, adaya yalnız qayıqla getmək olar və məkan mağazalar, kilsə, kafe, ibtidai və orta məktəblərin yerləşdiyi Strontian kəndindən cəmi yeddi dəqiqəlik məsafədədir. Adada tikinti üçün icazə yoxdur.
Türkan İsgəndərli