Estoniya Rusiya ilə sərhəddə HHM sistemi yerləşdirir

Video

14.09.2024 09:38

Estoniya hökuməti gələn il Rusiya ilə sərhədinin möhkəmləndirilməsi üçün 40 milyon avro ayırmağı planlaşdırır.

TodayPress "ERR" dövlət televiziya və radiosuna istinadən xəbər verir ki, bu təkliflə xarici işlər naziri Lauri Lyaenemets çıxış edib.

Bu vəsaitlər sərhəd infrastrukturunun tikintisinin əvvəlində quraşdırılmış qurğuların yenilənməsi, giriş yollarının və əlavə telekommunikasiya sistemlərinin tamamlanması üçün istifadə oluna bilər. Sərhəd infrastrukturunun tənzimlənməsinin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, Estoniya da sərhəddə pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemi yaratmaq istəyir.

tag: Estoniya ,Lauri Lyaenemets, Rusiya ,Nazir,Sərhəd ,todaypress.az