Əsəblər tarıma çəkildi: “Hizbullah”ın növbəti hədəfi Kiprdir?
Video
21.06.2024 11:07
Yunan Kiprinin prezidenti Nikos Kristodoulidis “Hizbullah” lideri Həsən Nəsrullahın təhdidlərinə münasibət bildirib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Kristodoulidis Nəsrullahın Kiprlə bağlı səsləndirdiyi iddiaların reallığı əks etdirmədiyini bildirib. Onun sözlərinə görə ölkəsi hərbi münaqişələrdə iştirak etmir və problemlərin həlli yollarını axtarmağa çalışır. Kristodoulidis ölkəsinin humanitar yardım göstərən tərəf olduğunu qeyd edib.
Xatırladaq ki, Livanın “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullah Kipr hökumətini hərbi bazalarını İsrailə verməkdən çəkinməyə çağırıb:
“Kipr hərbi əməliyyatlarda iştirak edərsə, bizim hərbi hədəflərimiz Aralıq dənizinin obyektləri olacaq".
İsrailin Cənubi Kiprdə davamlı olaraq hərbi təlimlər keçirdiyini deyən Nəsrullah vurğulayıb ki, Cənubi Kiprdəki bazaların Livana qarşı mümkün hücumda istifadə ediləcəyi ilə bağlı kəşfiyyat məlumatı alıb.
Günəş Mərd
tag: Hizbullah, Yunan, Kipr, Həsən Nəsrullah, Münaqişə, todaypress.az