Ermənistanda hərbi hissəyə hücum oldu

Video

11.07.2024 14:42

Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum ediblər.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

Bildirilib ki, hadisə Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsində mülki şəxslər hərbçilərlə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.

İstintaq Komitəsi üç nəfərin həbs edildiyini açıqlayıb.

tag: Ermənistan, Müdafiə Nazirliyi, İstintaq, Hərbçilər, todaypress.az