Ermənistanda bomba həyəcanı: Hava limanı boşaldıldı
Video
02.07.2024 14:25
Ermənistanda Gümrü şəhərinin Şirak aeroportuna partlayıcı qurğu qoyulması barədə polisə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan erməni mətbuatına məlumat verib.
“Hazırda polis qüvvələri hadisə yerindədir. Aeroport ərazisi mühasirəyə alınıb” deyə Sarkisyan bildirib.
Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib. Ermənistan Daxili İşlər Nazirliyinin Gümrü Xilasetmə Xidmətinin yanğınsöndürənləri, xilasediciləri və istehkamları hadisə yerinə cəlb edilib. (caliber.az)
tag: Daxili İşlər Nazirliyi, Sarkisyan, Bomba, Həyəcan, Hava Limanı,Ermənistan, todaypress.az