"Ermənistan MN-nin yeni bəyanatı “atəşkəs pozulmur” bəyanatının inkarıdır” - POLİTOLOQ

Video

27.03.2025 16:06

“Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı “atəşkəs pozulmur” bəyanatının inkarıdır. Belə çıxır ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki hərbçilərinə nəzarət edə bilmir”.   

TodayPress xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.     

O, Ermənistan Müdafiə Nazirliyinin son açıqlamasını belə  şərh edib: 

“Nazirliyin bəyanatında yazılıb ki, ara-sıra “havaya açılan atəşləri” atəşkəsin pozulması kimi qiymətləndirmir və guya bu, təhlükə yaratmır. Bu bəyanatı belə də oxumaq olar:  “Ermənistan hərbçiləri əmrə tabe olmayaraq ara-sıra havaya atəş açırlarsa, bu atəşkəsin pozulması demək deyil”. Kim zəmanət verə bilər ki, “havay açılan atəş” Azərbaycanın mövqelərinə tuşlanmır? Əslində Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı “atəşkəs pozulmur” bəyanatının inkarıdır”.   

Ekspert izah edib ki, bu, Ermənistan Müdafiə Nazirliyinin təmas xəttindəki hərbçilərinə nəzarət edə bilmədiyi anlamına gəlir. O, Ermənistanın Baş naziri Nikon Paşinyanın bir neçə gün öncəki ifadəsinə diqqət çəkib:   

“Nikol Paşinyan da bir neçə gün əvvəl “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsi ilə etiraf etmişdi ki, hərbiçilərinə nəzarət edə bilmirlər”.   

Qiymət Mahir

tag: Elxan Şahinoğlu,Politoloq,Ermənistan,Azərbaycan,Atəşkəs,Pozuntu,Todaypress.az