Ermənistan Hindistandan 15 ədəd “Akash-1S” sistemlərini aldı

Video

09.08.2024 14:09

Hindistan bu ilin sonunadək Ermənistana “Akash-1S” hava hücumundan müdafiə üzrə mobil sistemlərin tədarükünü həyata keçirəcək.

TodayPress xəbər verir ki, müvafiq məlumatı “Indian Defence Research Wing” portalı yayıb.

Bildirilib ki, “Bharat Dynamics Limited” şirkətinin istehsalı olan bu sistem istiqamətləndirici döyüş başlığı ilə təchiz edilib.

Məlumata əsasən, Ermənistan 2022-ci ildə Hindistandan 15 ədəd “Akash-1S” sistemləri alıb. Bu müqavilənin maya dəyəri 720 milyon dollar təşkil edib.

tag: Ermənistan,Hindistan,Akash-1S,Bharat Dynamics Limited,Müqavilə, todaypress.az