Ərdoğan: “Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək”
Video
11.12.2024 17:36
"Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək".
TodayPress-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başqanları toplantısında çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək:
“Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayət edərək deyil, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların öz evlərinə qaytarılması məsələsində heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni fəlakətə sürüklənməsinə tamaşa etməyəcəyik”.