Ərdoğan atın qarşılığında Japarova maşın hədiyyə etdi

Video

06.11.2024 09:41

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan prezidenti Sadır Japarov hədiyyə olaraq elektromobili atla dəyişdiriblər. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı və Japarovun ofisi məlumat yayıb.

“TRT Haber” telekanalı bildirib ki, Ərdoğan Bişkekə dövlət səfəri zamanı Japarova Türkiyənin “Togg” elektrikli avtomobilini hədiyyə edib. 

Qırğızıstan prezidentinin ofisindən “RİA”ya verilən məlumata görə, Japarov buna cavab olaraq Türkiyə liderinə at hədiyyə edib. Hədiyyə mübadiləsindən sonra Ərdoğan və Japarov qeyri-rəsmi görüşləri davam etdiriblər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox xarici borcunu sildiyini açıqlayıb. Türkiyə prezidenti ilə danışıqlardan sonra Japarov ölkələr arasında ticarət dövriyyəsini artırmaq planlarını da açıqlayıb.

Töhfə Səməd

tag: Ərdoğan, Maşın, At,Qırğızıstan, todaypress.az