“Düşmənin” canlı qüvvəsi zərərsizləşdirildi – XTQ zərbə PUA-sından istifadə etdi

Video

10.06.2024 14:45

Ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

TodayPress Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.

tag: Qafqaz Qartalı, Müdafiə Nazirlik, Azərbaycan, Gürcüstan, todaypress.az