Dünyanın ən təhlükəli 10 hərbi zonası
Video
26.02.2025 12:08
Dünyanın ən təhlükəli hərbi zonaları tarixi münaqişələri, hazırkı siyasi gərginliyi, sərhədlərdə irimiqyaslı hərbi mövcudluğu və zorakılıq hadisələrinin intensiviliyi ilə seçilir. Bu bölgələrdə ən kiçik bir səhv ölkələr arasında böyük böhrana səbəb ola bilər.
TodayPress xəbər verir ki, bu barədə “Best Diplomats” Araşdırmalar Mərkəzi məlumat yayıb.
Araşdırmalar Mərkəzinə görə həmin bölgələr bunlardır:
Pakistan – Hindistan sərhədi
Şimali Koreya - Cənubi Koreya sərhədi
İsrail – Suriya sərhədi
ABŞ – Meksika sərhədi
Banqladeş – Hindistan sərhədi
Səudiyyə Ərəbistanı – Yəmən sərhədi
Niger – Çad sərhədi
Kolumbiya – Ekvador sərhədi
Çin – Şimali Koreya sərhədi
Pakistan – Əfqanıstan sərhədi
Qeyd edək ki, hazırda adı çəkilən regionlardakı siyasi gərginlik beynəlxalq münasibətlərdə mühüm rol oynayır.
Nicat Osman