Dünyanın ən sürətli insanların fantastik qazancı
Video
21.06.2024 11:01
20 ən yaxşı Formula 1 pilotu 2024-cü ildə ümumilikdə 268 milyon dollar qazanacaq.
TodayPress-in xəbərinə görə, bu məbləğin tam yarısını – 134 milyon dolları, top 3-lükdə yer alan pilotlar alacaqlar.
Ən çox maaş alan pilot Maks Ferstappendir, onun əmək haqqı 55 milyon dollardır.
Reytinqin ikinci pilləsi 45 milyon dollar əmək haqqı alan Lyuis Hemiltona məxsusdur.
İlk üçlüyü Şarl Lekler təşkil edir. Onun hazırkı müqaviləsi 34 milyon dollar qiymətləndirilir.
Namiq HUN
tag: Dünya, Sürətli, Formula Pilotu, Reytinq, Şarl Lekler, todaypress.az