Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir?
Video
15.01.2025 12:23
Dünyanın ən güclü ordularının reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, siyahı "Global Firepower" portalı tərəfindən dərc edilib.
İlk pilləni ABŞ ordusu tutur. Onu Rusiya və Çin orduları izləyir. İlk "onluq"da həmçinin ardıcıl olaraq Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə və İtaliya qərarlaşıb.
Azərbaycan Ordusu dünyanın ən güclüləri siyahısında 60-cı pilləni tutur. Silahlı Qüvvələrimizin aktivində 1.2531 xal var.
Ermənistan ordusu 91-cı illədə qərarlaşıb. Qonşularımızdan İran 16-cı, Gürcüstan isə 94-cü yeri tutur.