Dünya əhalisi böyük sınaq qarşısında: Qlobal su böhranı dərinləşir
Video
21.10.2024 09:19
Mütəxəssislər xəbərdarlıq ediblər ki, sürətlə dərinləşən qlobal su böhranı səbəbindən dünya ərzaq istehsalının yarısı yaxın 25 ildə risk altında ola bilər.
TodayPress xəbər verir ki, bu barədə Qlobal Su İqtisadiyyatı Komissiyası hesabat dərc edib.
Hesabata görə, dünya əhalisinin yarısı artıq su qıtlığı ilə üzləşib və iqlim böhranının təsirləri çoxaldıqca bu rəqəm daha da artacaq.
Hesabatda dünyanın su sistemlərinin böyük təzyiq altında olduğu və onilliyin sonuna qədər şirin suya tələbatın tədarükü 40 faiz üstələyəcəyi bildirilib.
Komissiya bildirir ki, insanların sağlam həyat sürməsi üçün gündə 50-100 litr, adekvat qidalanma və ideal həyat üçün isə gündə təxminən 4000 litr suya ehtiyac var.
Bu, əksər bölgələr üçün yerli resurslar hesabına qarşılana bilmədiyindən insanların ehtiyaclarını ödəmək üçün ərzaq, geyim və istehlak malları ticarətindən asılı olduğu vurğulanır.