Dron ucbatından 76 min ev işıqsız qaldı
Video
16.10.2024 09:31
Əkin sahələrinə pestisid səpmək üçün istifadə edilən dron Vyetnamın cənubundakı Lonqan əyalətində 76 mindən çox evin işıqsız qalmasına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə yerli “VnExpress” informasiya portalı məlumat yayıb.
İnsident pilotsuz təyyarənin təhlükəsiz məsafəni qoruya bilməyərək yüksəkgərginlikli xəttə ilişməsi nəticəsində qısaqapanma və əyalətin dörd rayonunda elektrik enerjisinin kəsilməsi ilə nəticələnib.
Hadisədən sonra energetiklər elektrik xətlərinin yaxınlığında dronların istifadəsini məhdudlaşdıran xüsusi xəbərdarlıq lövhələri yerləşdiriblər. Qaydalara görə, təyyarə yüksəkgərginlikli xətlərdən ən azı 100 metr məsafədə uçmalıdır.
Vyetnamın cənubundakı fermerlər düyü plantasiyasına və meyvə bağlarına zərərvericilərə qarşı pestisidlər səpmək üçün dronlardan tez-tez istifadə edirlər.