Doğum səviyyəsi düşdü: BAĞÇALAR BAĞLANACAQ

Video

05.09.2024 17:06

İsveçdə doğum səviyyəsinin aşağı düşməsi nəticəsində növbəti üç il ərzində minə yaxın uşaq bağçasının bağlanması gözlənilir. 

TodayPress xəbər verir ki, bu proqnozla “İsveç İcmaları və Regionları” assosiasiyası çıxış edib.

"Bu o deməkdir ki, 5-6 ildən sonra daha az orta məktəbə ehtiyacımız olacaq" deyə əlavə edilib.

Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2024-cü ilin birinci yarısında İsveçdə doğum nisbətində kəskin azalma müşahidə edilib. Cəmi 50,5 min yeni doğulmuş körpə qeydə alınıb ki, bu da 21-ci əsrin bütün illəri ilə müqayisədə ən aşağı göstəricidir. 

Töhfə Səməd

tag: Uşaqlar, Doğum ,İsveç, Bağçalar, Müqayisə,todaypress.az