DİQQƏT! Payızda necə qidalanmaq lazımdır?

Video

24.09.2024 12:22

Havaların soyumağa başlaması ilə orqanizm daha çox kalorili və yağlı qidalara ehtiyac duyur.

TodayPress xəbər verir ki, bu barədə dietoloq Maryana Jutova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, payızda balqabaq, kartof, çuğundur, kələm kimi mövsümi tərəvəzləri daha çox yemək lazımdır. Şorbalara, tərəvəz yeməklərinə üstünlük verməlisiniz.

“Bu məhsullar soyuq havalarda toxluq və istilik hissi verir. Enerji səviyyəsini sabitləşdirmək və immunitet sistemini gücləndirmək üçün zülal və liflə zəngin qidaların istehlakını artırmaq lazımdır” deyə həkim izah edib.

Töhfə Səməd

tag: Hava, Payız, Yemək ,Tərəvəz ,Şorbalar ,todaypress.az