DİQQƏT: ABŞ-də yeni xəstəlik qeydə alındı, ölənlər var

Video

20.07.2024 15:51

ABŞ-nin 12 ştatında listerioz xəstəliyi qeydə alınıb. 

TodayPress xəbər verir ki, yerli  KİV-in məlumatına görə, xəstəliyə yoluxan 2 nəfər ölüb, 28 nəfər xəstəxanaya yerləşdirilib. 

Onların ərzaq mağazalarından alınmış hazır ət və kolbasa məhsullarından zəhərləndiyi bildirilir.

Yoluxucu xəstəlik hamilə qadınlar, 65 yaşdan yuxarı və immuniteti zəif olan insanlar üçün ölümcül ola bilər.

Qeyd edək ki, listerioz sinir sistemi və limfa düyünlərinin zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlikdir. Tərəvəz və ət məhsulları ilə birlikdə insan orqanizminə daxil ola bilir. 

Xatırladaq  ki, mayın 17-də Rusiyada da bir nəfərin listeriozdan öldüyü bildirilmişdi.  

Günəş Mərd

tag: ABŞ, Epidemiya, Virus, Xəstəlik, İnsanlar, todaypress.az