DİN-dən əməliyyat - Üç nəfərin 47 min manatını mənimsəyən şəxs saxlanıldı
Video
05.06.2024 13:07
Dələduzluqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
TodayPress DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının
keçirdikləri tədbirlərlə 1984-ci il təvəllüdlü Füzuli Qəhrəmanov saxlanılıb. O,
müxtəlif vaxtlarda üç nəfər şəxsin 47700 manat pulunu dələduzluq yolu ilə
almaqda şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.