Diabeti sağaldan preparat xərçəngə də qalib gəlir?
Video
04.12.2024 18:24
Roswell Park Kompleks Xərçəng Mərkəzinin tədqiqatçıları aşkar ediblər ki, II tip diabetin müalicəsində geniş istifadə olunan metformin preparatı ağciyər xərçəngi ilə mübarizədə immunoterapiyanın təsirini gücləndirə bilər.
TodayPress xəbər verir ki, bu, yalnız ağır çəkili, piylənmədən əziyyət çəkən insanlara faydalıdır. Metformin piylənmənin immunitet sisteminə mənfi təsirlərini azaldır.
Tədqiqatda bütün iştirakçılar ağciyər xərçənginə tutulub və şişi çıxarmaq üçün əməliyyat olunublar. Bundan əlavə, immun nəzarət nöqtəsi inhibitor terapiyasının effektivliyi də təsdiqlənib.
Təhlil göstərib ki, metformin qəbul edən passiyentlər əməliyyatdan sonra xəstəliyin residivi olmayan dövrün davamlılığı artıb. Bundan əlavə, metforminin istifadəsi immunoterapiyanın effektivliyini artırıb, halbuki normal çəkisi olan xəstələrdə belə təsirlər müşahidə olunmayıb.