Diabetdən qorunmaq üçün dörd vərdiş
Video
08.07.2024 10:01
İnsanların şəkərli diabetdən qorunmasına kömək edə biləcək dörd sadə vərdiş açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, qənnadı məmulatlarından az miqdarda istifadə etmək, şəkərli içkilərdən imtina etmək, gündəlik qida rasionuna tərəvəzləri daxil etmək, eləcə də yulaf əzməsi kimi meyvə və lifləri istehlak etmək 2-ci tip şəkər xəstəliyinə tutulma ehtimalını azaldır.
Mütəxəssislərin qənaətincə, gün ərzində yeməklər arasında qənnadı məmulatları və çipslərdən istifadə kalori, şəkər və yağları artırır ki, bu da diabetə səbəb ola bilər.
İnsan gündəlik rasionunda çoxlu tərəvəz qəbul edərsə, davamlı olaraq nəsə yemək istəyini asanlıqla idarə edə bilər. Xüsusilə axşam yeməyində boşqabın yüzdə 50-nin tərəvəz olması məsləhətdir. Gündəlik pəhrizdə qazlı içkilərdən imtina etmək, qəhvə və çay miqdarını orta səviyyədə saxlamaq da tövsiyə olunur.
Günəş Mərd
tag: Diabet, Vərdiş, Mütəxəssis, Yeməklər, Şirniyyat, todaypress.az