Dərmanların qiyməti ilə bağlı vacib AÇIQLAMA
Video
03.09.2024 15:04
“Ölkəmizdə daxili istehsal hesabına dərmanların ucuzlaşması üçün bir neçə dərman şirkəti fəaliyyət göstərməlidir”.
İqtisadçı Akif Nəsirli bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın daxilində dərman istehsal edən şirkətlərin sayı çox deyil. Bu proses hələ təzə başlayıb:
“Daxili istehsalçı hələki inhisarçıdır. İnhisarçı olduğuna görə də yerli tələbatın bir hissəsini ödəsə də, analoji qiymətlə dərman satır. Dərman istehsal edən şirkətlərin sayı çoxaldıqca isə həm dərmana olan yerli tələbatın ödənməsində pay artacaq, həm də dərmanların qiymət azalacaq.
Hazırda ölkəmizdə böyük bir şirkət dərman istehsalçısıdır. Həmin şirkətin də rəqibi olmadığına görə dərmanlar indiyə qədər hansı qiymətə satılıbsa, o qiymətə də satır”.
Ekspert qeyd edib ki, ölkəmizdə dərman vasitələrinin qiymətinin baha olmasının səbəblərindən biri də onların böyük əksəriyyətinin qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsidir:
“Tarif Şurası da qiymətləri yeniləyəndə heç vaxt dərmanların qiymətini ucuzlaşdırmır. Həmişə daha da artırır”.
İqtisadçı hesab edir ki, dərmanların qiymətinə təsir edən səbəblərdən biri də inflyasiyadır. İnflyasiyaya görə dərmanlar ölkə daxilində ucuz başa gəlsə də, öz mənfəətlərini qorumaqdan ötrü şirkətlər mütəmadi olaraq dərman vasitələrinin qiymətlərini qaldırırlar”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan dərman preparatlarının idxalını azaldıb. 2024-cü ilin yanvar-iyun aylarında 11 min 100,1 ton dərman vasitəsi idxal edib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 29,8% azdır.
Günəş Mərd
tag: Dərmanlar, İnsanlar, Qiymətlər ,Artım, Səhiyyə, todaypress.az