Dəqiq mina xəritələri veriləcək? – Ekspertdən BƏDBİN PROQNOZ

Video

02.07.2024 11:57

“Ermənistan tərəfinin indiyə qədərki davranışları bizə bu işğalçı ölkənin Azərbaycan ərazilərinə basdırdığı milyon yarım ərazinin mina xəritələrini vermək niyyətində olmadığını deməyə əsas verir”.

Bunu TodayPress-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, Ermənistanın nə vaxtsa Azərbaycana dəqiq mina xəritələrini verəcəyinə inanmaq sadəlövhlük olar. Çünki Ermənistanın istəyi Rəsmi Bakıya təqdim etdiyi qeyri-dəqiq xəritələrlə Azərbaycan tərəfini yanlış istiqamətə yönəldərək daha çox itkilər verməsinə zəmin yaratmaqdır:

“Ermənistan konstitusiyasında, hərbi doktrinasında, milli təhlükəsizlik strategiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyənə qədər sülh müqaviləsinin imzalanması doğru olmayacaq. Çünki bu müqavilə imzalanıb, Ermənistan parlamentinə göndərilərsə, Ermənistan parlamenti çox rahatlıqla bu sənədin ölkə konstutusiyasına uyğun gəlmədiyini əsas gətirərək sülh müqaviləsini təsdiqləməyə bilər. Və yaxud təsdiqləsə belə, konstitusiyada mövcud olan müddəalar gələcəkdə Ermənistanın növbəti dəfə Azərbaycana qarşı fəaliyyətlərini mümkün edir. Bu baxımdan yaxın perspektivdə nə sülh müqaviləsinin imzalanmasına, nə dəki Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verəcəyinə dair ehtimallar irəli sürə bilərik”.

Qeyd edək ki, Ermənistanın təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi İrəvan hələ də dəqiq mina xəritələrini vermək istəmir.

Günəş Mərd

tag: Ermənistan, Bakı, Mina,Ekspert,Ədalət Verdiyev, todaypress.az