Dəməşq Tehranla əməkdaşlığa başlayır? - Suriyanın yeni lideri İrana səsləndi

Video

31.12.2024 17:05

Suriyanın yeni hökuməti Bəşər Əsəd rejimi devrildikdən sonra İrandan daha müsbət bəyanatlar gözləyib və Tehranehranın mövqeyinin dəyişəcəyinə ümid edir.
TodayPress xəbər verir ki, bunu Suriyanın yeni hökumətinin başçısı Əhməd əl-Şəra deyib.
Əl-Şaranın sözlərinə görə, yeni hakimiyyət Suriya xalqına vurulan travmaya baxmayaraq, İran hədəfləri qarşısında öz vəzifəsini yerinə yetiriblər.
Həmçinin Suriya lideri ölkəsinə müdaxilə etməyi dayandırmaq üçün İrana xəbərdarlıq edib. Əl-Şəra Bəşər Əsəd rejiminin devrilməsinin İran üçün ağır itki olduğunu da söyləyib:
“İran regionda mühüm müttəfiqini itirdi, “Hizbullah”a silah daşınan mühüm dəhliz də yoxa çıxıb”.
Əl-Şara Səudiyyə Ərəbistanının Suriyanın gələcəyində mühüm rol oynadığına da diqqət çəkib. Suriya başçısı krallığın ölkəsində böyük investisiya imkanlarına malik olduğunu qeyd edib.

tag: Suriya,Bəşər Əsəd,İran ,Tehran,Hizbullah,todaypress.az