DƏHŞƏT: Sörfçü balığın qurbanı oldu
Video
21.10.2024 13:30
İtaliyalı sörfçü Qyuliya Manfrini qılınc balığının vurması nəticəsində dünyasını dəyişib.
TodayPress “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, faciə İndoneziyada baş verib.
Qərbi Sumatradakı Mentavay adalarında qılınc balığı Manfriniyə tərəf sıçrayaraq onun sinəsinə dəyib.
Sörfçüyə ilkin tibbi yardım göstərərək xəstəxanaya aparıblar. Lakin 36 yaşlı qadın idmançının həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin rəyinə görə Manfrini döş qəfəsindən təxminən beş santimetr dərinlikdə yara alıb.
Namiq HUN