Davamlı olaraq dodaqlarınızı dişləmək vərdişi xərçəng riskini artırır
Video
11.01.2025 14:36
Onkoloqlar xəbərdarlıq edir ki, stress və ya ağır iş zamanı bir çox insan dodaqlarını və ya yanaqlarının içini dişləyir, lakin zərərsiz görünən bu vərdiş ciddi nəticələrə səbəb ola bilər.
TodayPress xəbər verir ki, həkimlərin sözlərinə görə, daim dodaqları və ya yanaqları dişləmək xərçəng riskini artırır. Çünki bu, ağızın selikli qişalarında mikroçatların və yaraların əmələ gəlməsinə səbəb olur. Buna görə də bu xəsarətlər travmaların tezliyi ilə əlaqədar sağalmağa vaxt tapmır və bu da öz növbəsində xroniki iltihaba səbəb olur.
Toxumanı bərpa etmək üçün hüceyrələr aktiv şəkildə bölünür və qıcıqlandırıcı amillər atipik dəyişikliklər və şiş inkişafı riskini artırır.
Onkoloqlar insanları ağız boşluğunda uzun müddət sağalmayan xora və topaqları diqqətdən kənarda qoymamağa çağırıb. Belə ki, bu kimi problemlər görünən zaman lazımi analizləri təyin edəcək diş həkiminə müraciət etmək lazımdır.
Töhfə Səməd