Daşkənddən Bakıya uçuşların sayı artırılır

Video

17.02.2025 17:34

Bu ilin aprel ayından “Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq. 

TodayPress xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. 

"Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir.

Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq" deyə məlumatda qeyd olunub.

tag: Uzbekistan Airways,Daşkənd,Bakı,Uçuş ,todaypress.az