Dağıstanda vəziyyət yenidən gərginləşdi

Video

26.06.2024 14:58

Dağıstanda vəziyyət yenidən gərginləşib.

TodayPress Lenta.ru-ya istinadla xəbər verir ki, Mahaçqalada Lenin və Korkmasov küçələrində atışma səsləri eşidilib.Hazırda təhlükəsizlik qüvvələrinin hadisə yerində olduğu və yolların bağlandığı bildirilib.

Əhaliyə küçələrə çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda silsilə terror aktları baş verib. Dərbənd şəhərində pravoslav kilsəsinə və sinaqoqa hücum edilib, Mahaçqalada yol polisi postu atəşə tutulub.

tag: Dağıstan, Vəziyyət,Əhali, Gərgin, Xəbərdarlıq, todaypress.az