Cozefə qarşı təzyiqlər artdı: Baydeni Kamala Harris əvəz edəcək?
Video
05.07.2024 10:28
Bəzi demokratlar hesab edir ki, Cozef Baydenin namizədliyi partiyanın noyabr seçkilərindəki şanslarına zərbə vuracaq.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
ABŞ prezidenti Co Baydenin ötən həftə Donald Trampla olan debatı uğursuzluqla nəticələnib. Baydenin özünü doğru ifadə edə bilməməsi, Trampın iddiaları qarşısında arqument tapa bilməməsi onun ünvanına xələl gətirib. Nəticədə böyük bir kütlə onun prezidentlik yarışından geri çəkilməli olduğunu bildirib.
Bir sıra demokrat yaranmış vəziyyətdən narahatlığını ifadə edib. Məsələyə münasibət bildirən Ağ Evin mətbuat katibi Karine Jean-Pierre prezidentin soyuqladığını və səsinin boğunuq olduğunu qeyd edərək, narahatlıqları başa düşdüyünü, lakin prezidentin yaxşı gecə keçirmədiyini bildirib.
Qeyd olunur ki, əgər Bayden namizədliyini geri çəksə, onu vitse-prezident Kamala Harris əvəz edəcək.
Töhfə Səmədova
tag: Cozef Bayden, Harris, Namizədlik, Ağ Ev, Prezident, todaypress.az