Cokoviçin sehri: Serb daha bir rekorda imza atdı
Video
19.07.2024 12:09
Serbiyalı tennisçi Novak Cokoviç səkkiz ilini dünyanın bir nömrəsi kimi keçirib. Bu dünya tennis tarixində rekord göstəricidir.
TodayPress xəbər verir ki, Cokoviçə qədər heç bir tennisçi, hətta altı illik həddə belə çata bilməyib. Dünya şöhrətli tennisçilər, isveçrəli Rocer Federer 5 il 50 həftə, amerikalı Pit Sampras isə 5 il 26 həftə ərzində ATP reytinqinin zirvəsində olub.
Cokoviç ilk dəfə 2011-ci ilin iyulunda reytinq cədvəlinə başçılıq edib və o vaxtdan bu yana 9 dəfə fəxri adı geri qaytarıb. O, sonuncu dəfə bunu 2023-cü ilin payızında ispan Karlos Alkarası məğlub edəndə edib.
Ümumilikdə tennisçi peşəkar karyerasının demək olar ki, 2/3 hissəsini dünyanın birinci raketkası kimi keçirib.
Namiq HUN
tag: Cokoviç, Karlos Alkaras, Tennis, Karyera, todaypress.az