Çempionlar Liqasının sensasiyalı iştirakçısı - "İNGİLİS ASLANI"

Video

27.07.2024 12:08

Bu mövsüm Avropanın Top-5 liqasının hər birində gözlənilmədən Çempionlar Liqasına vəsiqə qazanan komanda oldu. Bu unikal vəziyyətdir! 2024-cü ilin payızında Aston Villa, Jirona, Bolonya, Ştutqart və Brest Avropanın ən nüfuzlu klub turnirində çıxış edəcək. İngiltərə çempionatının sensasiyasından danışacağam.

TodayPress xəbər verir ki, Birmingem təmsilçisi 1983-cü ildən bəri ilk dəfə UEFA Çempionlar Liqasında oynayacaq. “Aston Villa” 1980/1981-ci illər mövsümündə İngiltərə çempionu olub, növbəti il isə finalda “Bayern”i 1:0 hesabı ilə məğlub edərək Çempionlar Kubokunun qalibi olub, buna görə klub daha bir mövsüm əsas turnirdə qalıb. Baxmayaraq ki, İngiltərə liqasında sonra 11-ci yerə düşüb.

2023/2024-cü illər mövsümündə Aston Villa Premyer Liqada dördüncü yeri tutaraq, Çempionlar Liqası uğrunda mübarizədə Tottenhem, Mançester Yunayted və digər ingilis nəhənglərini qabaqlayıb. Altı il əvvəl də komanda dördüncü yeri tutmuşdu, amma Çempionşipdə. Elitanı tərk etməsi Birmingem komandasına qəflət yuxusundan oyanmağa kömək etdi. Aston Villa Premyer Liqada 1996-cı ildən bəri ilk dəfə kvartetdə yer alıb. 

Birmingem uğurunun əsas yaradıcısı Unai Emeridir. Mütəxəssis bu işin ustası olduğunu sübut etməyə davam edir. Təbii ki, Premyer Liqa vasitəsilə Aston Villa ilə Çempionlar Liqasına yüksəlmək, Sevilla ilə 3, və ya Vilyarrealla 1 dəfə  Avropa Liqasını qazanmaqdan daha çətindir. Və bu, şübhəsiz ki, PSJ ilə Fransa çempionatını qazanmaqdan qat-qat çətin işdir. 2022-ci ilin noyabrından komandaya başçılıq edən Emeri il yarım ərzində bu vəzifənin öhdəsindən gələ bilib.

Namiq HUN

tag: Çempionlar, Aston Villa, PSJ, Avropa, Fransa, todaypress.az